Moskva Qarabağdakı sülhməramlılarla bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.
Qaluzin xatırladıb ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.
"Bu sənədi heç kim ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabr ayına qədər qalması nəzərdə tutulur", - o əlavə edib.
Qaluzin qeyd edib ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və sülhməramlılarla bağlı msələlər Azərbaycanla birlikdə nəzərdən keçirilir.
"İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", - nazir müabini vurğulayıb.
Rusiya xarici işlər nazirinin müavini iddia edib ki, ABŞ Cənubi Qafqazı Rusiyaya qarşı “ikinci cəbhə” üçün tramplin hesab edir: "Bu, region xalqlarının maraqlarına ziddir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.