AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahdan motosikletlərə aksiz vergisi tətbiq olunacaq

  • + A
  • - A
  • 31-12-2023, 17:00

    Sabahdan motosikletlərə aksiz vergisi tətbiq olunacaq

    Sabahdan dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil ediləcək.

    Bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Belə ki, 1 yanvar 2024-cü ildən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.

    Eyni zamanda, sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunur.

    Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR