Son günlər sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır.
Natəvan irsini araşdıran tarixçi alim Qasim Hacıyev
AzadMedia.az-a açıqlamasinda heykəlin Fransada ucaldılmasının həm ermənilərin, həm də onların böyük bacıları Fransanın mənəviyyatına tuşlanmiş böyük güllə olduğunu deyib.
"Təəssüf ki, Fransada mədəni irsimizə zərbə vurulur. Şairə Natəvanın heykəlini götürmək istəyirlər. Natəvanin tarixindən danışmaq istəyirəm. Natəvanın şeirlərində olan azadlıq, humanizm insanpərvərlik ruhunun aşılanması diqqət çəkib. Hətta fransız yazıçı Aleksandr Düma da Şusaya gələndə onunla görüşüb. Belə rəvayət də var ki, onunla şahmat oynayıb və Düma Natəvana uduzub. Heydər Əliyev Fondunun təşəbbüsü, şəxsən Mehriban Əliyevanın göstərişi ilə Ağdamda, Şusada Bakıda Natəvan muzeyi, büstü xatirə lövhələri olan yerlər var. İlk dəfə 2016-ci ildə Belçikada ona heykəl qoyulub. Daha sonra 2017-ci ildə Fransanın Evian-le Bən şəhərində heykəli ucaldılıb. Həmin şəhərdə park da acılıb. Bütün bu addımlar mədəni əlaqələrin inkişafı üçün atılıb. Təəssüf ki, Fransa mədəni abidələri də məhv edir"
Bir neçə gün əvvəl Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb.
Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb.
Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
XƏLİL XƏLİLOV
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.