7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyi qeydə alınan, beyin mərkəzlərindən birinin rəhbərlərindən olan Zahid Oruc qarşıdakı kampaniyada xalqımızın son bir əsrlik tarixinin dərin təhlilinə söykənərək, irəli sürdüyü baxışları seçkilərdən sonra dövlət quruculuğunun əsas strateji xətlərindən biri olacağına dərindən inanır. Platformada hazırkı dövrün əsas ideyası-seçkilərdə namizədlərin təkcə iddiaçı qüvvələrdən deyil, bütövlükdə qalib xalqın olduğuna diqqət çəkilir, yeni ideya və yanaşmaların 7 fevraldan sonrakı Azərbaycan liderinin gələcək siyasi kursuna çevriləcəyi şübhə doğurmur.
IV Respublika Ədalətin Zəfər çaldığı Azərbaycan quruculuğudur, Vətən müharibəsində Qələbənin davamı, tarixə ilk dəfə start vəziyyətində qalibiyyətlə başlamaq və məğlubiyyət, kütləvi itkilər, qaçqınlıq və soyqırımlar erasına son qoymağı nəzərdə tutan ideoloji-siyasi kursdur. Yeni dövlət quruculuğunda problemlərlə mübarizə deyil, onları köklü həll edən idarəçilik infrastrukturunun bərqərar edilməsidir. 30 illik ədalətsizliyi yox edən, haqqını bərpa edən bir xalq üçün problemlər üzərində qələbə əldə etmək - bu, mümkün məsələdir.
IV Respublika - ədalət prinsiplərinə əsaslanan Yeni Yüz ilin inşa edilməsidir. Tarix və təcrübə təcrübə göstərir ki, inkişaf, rifah və iqtisadi uğur ədalətin hakim olduğu, hamının qanun qarşısında bərabərliyi və qanunun aliliyi ilə bilavasitə bağlıdır. Bu o deməkdir ki, Zəfərimizlə yanaşı, fundamental, başlıca dəyər- İnsandır. Ən böyük sərvətimiz vətəndaşdır!
IV Respublikanın-yeni ideyalara, zəkalara ehtiyacı var! Bizim əsas vəzifəmiz peşəkar, layiqli, yüksək bilikli, savadlı dövlət qulluğunun, ləyaqətli elitanın yaradılması, vətənpərvər kadrların yetişməsi, cəmiyyət sisteminin bütün həlqələrində aparıcı mövqe tutmasıdır.
MSQ Mətbuat Xidməti
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.