AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan prezidentliyinə namizədlər azad edilmiş ərazilərdə seçkiqabağı təşviqat apara biləcəklər

  • + A
  • - A
  • 9-01-2024, 13:48

    Azərbaycan prezidentliyinə namizədlər azad edilmiş ərazilərdə seçkiqabağı təşviqat apara biləcəklər

    2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə seçkiqabağı təşviqat apara biləcəklər.

    Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatının aparılması üçün Mərkəzi Seçki Komissiyası (MSK) Zəngilan rayonunun Ağalı kəndində, Şuşa və Laçın şəhərlərində və Laçın rayonunun Zabux kəndində yer ayırıb.

    Namizədlər Şuşa şəhər 1 nömrəli tam orta məktəbin akt zalında, Zəngilan rayonunun Ağalı kəndində Fəvvarələr Meydanında, Ağalı kənd tam orta məktəbinin akt zalında, Laçın bulvarında, Laçın şəhərindəki Lasinema kinoteatr mərkəzində, Laçın rayonu Zabux kənd tam orta məktəbinin qarşısında, həmçinin Zabux kənd tam orta məktəbinin akt zalında seçicilərlə görüşə biləcəklər.

    Xatırladaq ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkilərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR