AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Blinken və Netanyahu Qəzzadakı münaqişəni müzakirə ediblər

  • + A
  • - A
  • 9-01-2024, 22:22

    Blinken və Netanyahu Qəzzadakı münaqişəni müzakirə ediblər

    ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Media xəbər verir ki, bu barədə Blinken sosial şəbəkələrdə yazıb.

    Görüş zamanı amerikalı diplomat təsdiqləyib ki, Birləşmiş Ştatlar İsrailin 2023-cü il oktyabrın 7-də baş verənlərə bənzər hadisələrin təkrarlanmasının qarşısını almaq hüququnu dəstəkləyir.

    “Mən həmçinin mülki şəxslərə dəyən zərərin qarşısının alınmasının, mülki infrastrukturun qorunmasının və Qəzzada humanitar yardımın yayılmasının təmin edilməsinin vacibliyini vurğuladım”, o yazıb.

    Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində İsrailə səfər edib. Bu gün səhər o, Yəhudi Dövlətinin prezidenti İsaak Hersoqla görüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR