Cümə axşamı Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.
Etirazçılar Fransa hökumətinin Yeni Kaledoniyada sabitliyi pozmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etiraz ediblər.
Aksiya zamanı Azərbaycan və Yeni Kaledoniyanın bayraqları qaldırılıb.
Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan Konstitusiyaya dəyişiklik etməsini qəbuledilməz hesab edən etirazçılar bildiriblər ki, yerli sakinlər vətəndaşların maraqlarına zidd olan konstitusiya islahatlarına “yox” deyirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.