AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda keçiriləcək prezident seçkilərinə 17 mindən çox müşahidəçi cəlb olunacaq

  • + A
  • - A
  • 11-01-2024, 23:57

    Azərbaycanda keçiriləcək prezident seçkilərinə 17 mindən çox müşahidəçi cəlb olunacaq

    Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün indiyədək 17500-dən çox müşahidəçi akkreditasiyadan keçib. Bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

    Onun sözlərinə görə, ölkədəki 6300-ə yaxın seçki məntəqəsinin hər birində seçki günü 3 müşahidəçi olacaq: “Nə qədər çox müşahidəçi olsa, bir o qədər yaxşıdır”.

    Mərkəzi Seçki Komissiyası həmçinin beynəlxalq müşahidəçilərin seçkilər zamanı işğaldan azad edilmiş ərazilərdə yaradılan şəraiti öz gözləri ilə görmələri üçün səy göstərəcək.

    Mərkəzi Seçki Komissiyasının sədri işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin yaradıldığını xatırladıb: “Bu məntəqələr lazım olan hər şeylə təchiz olunub”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR