AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səlahiyyətli nümayəndə Culfada vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 12-01-2024, 17:53

    Səlahiyyətli nümayəndə Culfada  vətəndaşları qəbul edib

    Yanvarın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda sakinlərlə görüşüb.
    Görüşdən əvvəl səlahiyyətli nümayəndə və Culfa rayon icra hakimiyyəti başçısının müavini Ümummilli Liderimiz Heydər Əliyevin Culfa şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

    Rayon sakinləri ilə görüşdə səlahiyyətli nümayəndə Fuad Nəcəfli ötən ilin əvvəllərindən başlayaraq Culfada mütəmadi vətəndaş qəbullarının keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu görüşlərin nəticəsi olaraq sakinləri narahat edən problemlər araşdırılıb. Dövlət başçımızın müvafiq sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu problemlərin həllinə geniş imkanlar açıb. Ötən ili uğurla başa vuran Naxçıvanda, eləcə də Culfa rayonunda sözügedən dövlət proqramı əsasında bu ildən mühüm layihələr icra olunacaq.
    Səlahiyyətli nümayəndə qeyd edib ki, 2023-cü il həm də illərdir mübarizə apardığımız terrorizmə son qoymağımızla yadda qaldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli ordumuzun gücü sayəsində “Dağlıq Qarabağ” problemi məfhumu dünyanın siyasi gündəmindən birdəfəlik silindi. Bu gün bayrağımız bütöv və suveren Azərbaycanımızın hər bir bölgəsində dalğalanır. Bu il növbədənkənar prezident seçkiləri işğaldan azad olunmuş bütün ərazilərimizdə təşkil olunacaq. Fuad Nəcəfli hər kəsi böyük qələbə və bayram əhval-ruhiyyəsi ilə prezident seçkilərində iştiraka dəvət edib, rayon sakinlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
    Sonra görüşdə iştirak edən Culfa rayon sakinləri ilə fərdi söhbət aparılıb, onların problemləri və təklifləri dinlənilib. Müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR