AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Qəzzanın şimalında aktiv döyüş əməliyyatlarının bitdiyini elan edib

  • + A
  • - A
  • 15-01-2024, 23:46

    İsrail Qəzzanın şimalında aktiv döyüş əməliyyatlarının bitdiyini elan edib

    İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın gələcəkdə Fələstin anklavının cənubunda intensiv döyüşləri dayandırmaq niyyətindədir. RİA Novosti xəbər verir ki, bu sözləri Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qalant xalqa müraciəti zamanı deyib.

    Onun sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatın lap əvvəlində İsrail hakimiyyəti onun həyata keçirilməsi üçün vaxt çərçivəsini müəyyənləşdirib. Yəhudi dövlətinin rəhbərliyi Fələstin anklavı ərazisində intensiv quru manevrlərinin təxminən üç aya yaxın davam edəcəyini açıqlayıb.

    “Anklavın şimalında bu mərhələ başa çatıb. Anklavın cənubunda biz buna nail olacağıq və bu mərhələ tezliklə başa çatacaq”, - Qalant vurğulayıb.

    Bundan əvvəl İsrailin iqtisadiyyat naziri Neal Barkat ölkəsinin Fələstin hərəkatı ağ bayraq qaldırana qədər HƏMAS ilə silahlı qarşıdurmanı davam etdirmək niyyətində olduğunu açıqlamışdı. O, qeyd edib ki, döyüşləri dayandırmaq üçün HƏMAS təslim olduğunu elan etməli və əsir düşən insanları azad etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR