Rusiya Xarici İşlər Nazirliyinin saytı xəbər verir ki, çərşənbə günü Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi ilə qəbul edib.
“Söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə olunub. Rusiya tərəfi Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmalar toplusuna əsaslanaraq bu sahədə üçtərəfli işlərin tezliklə bərpasının təcili zəruriliyini vurğuladı”, - Rusiya XİN-in bəyanatında deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.