AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yəmənin Ədən limanı yaxınlığında pilotsuz təyyarə Britaniya gəmisinə hücum edib

  • + A
  • - A
  • 17-01-2024, 23:36

    Yəmənin Ədən limanı yaxınlığında pilotsuz təyyarə Britaniya gəmisinə hücum edib

    Pilotsuz uçuş aparatı (PUA) Yəmənin Ədən limanından 60 dəniz mili (111 km) uzaqlıqda Britaniya bayrağı altında üzən gəmiyə hücum edərək gəminin alovlanmasına səbəb olub. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

    Nəşr qeyd edir ki, “PUA gəminin sol tərəfinə dəyib”.

    UKMTO-nun məlumatına görə, hazırda yanğın söndürülüb.

    Koordinasiya mərkəzi insidentin araşdırılacağına söz verib və gəmilərə əraziyə daxil olarkən diqqətli olmağı tövsiyə edib.

    Bir gün əvvəl Britaniya Hərbi Dəniz Qüvvələri Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat vermişdi. Daha sonra Britaniyanın Ambrey şirkəti Yəmən sahillərində Malta bayrağı altında olan Zoqarafiya yük daşıyıcısına raketin düşdüyünü təsdiqləyib. Gəmiyə cüzi ziyan dəyib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR