Böyük Britaniyada olan və öz ölkəsinin hakimiyyət orqanları tərəfindən orduya çağırılan ukraynalı qaçqınların müdafiə hüququ var. Azadmedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Uqandanın paytaxtında jurnalistlərlə görüşü zamanı bildirib.
Tədbir zamanı media nümayəndələri ondan Britaniya parlamentinin aşağı palatasının son qərarına münasibət bildirməyi xahiş ediblər. Söhbət qaçqınların Ruandaya qovulması haqqında qanunun qəbulundan gedir. Bundan əlavə, müxbirlər beynəlxalq təşkilat rəhbərinin ukraynalı mühacirlərin orduya mümkün çağırışları ilə bağlı fikrini soruşublar.
BMT-nin baş katibi qeyd edib ki, bütün qaçqınlara bərabər münasibət göstərilməlidir. Onun dediyi kimi, bütün ölkələrin hökumətləri müvafiq qaydalara və qanunvericiliyə əməl etməlidir.
Eyni zamanda, ölkə hakimiyyəti qaçqınlar və yerli əhali üçün də oxşar yaşayış şəraitinin yaradılması üçün tədbirlər görür. Bu fonda Quterreş Avropa siyasətçilərini Uqanda nümunəsindən dərs almağa çağırıb.
Sonda BMT-nin baş katibi əlavə edib ki, ukraynalı qaçqınların müdafiə hüququ var. Eyni şey başqa ölkələrdən gələn mühacirlərə də aiddir, deyə o, aydınlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.