ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşü ilə bağlı jurnalistin sualını cavablandıran Patel bu məsələ ilə bağlı məlumatı olmadığını qeyd edib.
"Lakin biz tezliklə bu barədə daha ətraflı danışmağı səbirsizliklə gözləyirik" dedi.
Bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen özünün X sosial media hesabında yazıb ki, dövlət katibi Antoni Blinken sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtonda qəbul etməyə ümid edir.
Rəsmi Bakı da öz növbəsində xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.