Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərini Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) müşahidə missiyası izləyəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Secki-2024.az saytı məlumat yayıb.
Beş nəfərlik nümayəndə heyətinə GUAM-ın baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.
Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra monitorinqin nəticələri ilə bağlı hesabat dərc edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.