AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib

  • + A
  • - A
  • 23-01-2024, 08:34

    AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1 gün öncə başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Dünən keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb.

    Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.

    Etimadnamənin təsdiqlənməməsinə səbəb kimi Azərbaycan tərəfinin azərbaycanlı siyasi məhbuslarla görüşə, eləcə də 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi göstərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR