İran yerli istehsal edilən yeni dronlarla döyüş və kəşfiyyat imkanlarını gücləndirib.
İranın döyüş bölmələri istifadə üçün yeni yerli pilotsuz təyyarələr alıb. Onlar respublikanın Müdafiə Nazirliyi tərəfindən xüsusi olaraq ölkənin silahlı qüvvələri üçün hazırlanıb.
PUA-nın təhvil verilməsi mərasimində ölkə ordusunun komandanı general Əbdülrəhim Musəvi və Müdafiə Nazirliyinin rəhbəri Məhəmmədrza Aştiani iştirak ediblər.
Qeyd olunur ki, İran ordusu kəşfiyyat, müşahidə, elektron müharibə və digər hərbi tapşırıqlar üçün nəzərdə tutulan Əbabil 4 və Əbabil 5 tipli pilotsuz təyyarələr alıb.
Bundan əlavə, zərbə manevrləri və kəşfiyyat işlərini yerinə yetirməyə qadir olan “Arash”, “Bavar” və “Karrar” PUA-ları təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.