AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçin müraciətini hələ təsdiq etməyən sonuncu ölkə Macarıstandır

  • + A
  • - A
  • 24-01-2024, 12:43

    İsveçin müraciətini hələ təsdiq etməyən sonuncu ölkə Macarıstandır

    Türkiyə İsveçin NATO-ya üzv olmaq istəyini təsdiqləyib
    Bloomberg xəbər verir ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını səs çoxluğu ilə təsdiqləyib. Sənəd imzalanmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana göndərilib. Alyansda İsveçin müraciətini hələ təsdiq etməyən sonuncu ölkə Macarıstandır.

    İsveçin NATO-ya qəbulunun lehinə 287 deputat, əleyhinə 55 deputat səs verib.

    Bloomberg-in qeyd etdiyi kimi, Böyük Millət Məclisində mütləq səs çoxluğuna sahib olan cənab Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) İsveçin müraciətinin təsdiqlənməsini müdafiə edib. Türkiyə Böyük Millət Məclisinin Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu 2023-cü il dekabrın 26-da təsdiqləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR