Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Tərəflər Təşkilatın qərargahının qəbul otağında əl sıxıblar. Görüş mətbuata qapalı davam edib.
Daha əvvəl baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik qeyd edib ki, Rusiya xarici işlər naziri və Quterreşin müzakirə etməli olduqları məsələlərin sayını təsəvvür etmək çətin deyil. O, həmçinin əlavə edib ki, baş katib görüşdə “xarici işlər nazirinin müzakirə etmək istədiyi hər şeyə” toxunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.