AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini 76 səslə ratifikasiya etməyib

  • + A
  • - A
  • 24-01-2024, 23:54

    AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini 76 səslə ratifikasiya etməyib

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib. 76 deputat lehinə, 10-u əleyhinə, 4-ü isə bitərəf səs verib.

    Qərar layihəsində qeyd edildiyi kimi, bu, “Avropa Şurasının fundamental tələblərinə sistemli şəkildə əməl edilməməsi” strukturunun şərhi ilə əlaqədar qəbul edilib.

    Assambleyanın plenar iclasında çıxış edən AŞPA-nın üzv ölkələrin öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi komissiyası sədrinin birinci müavini, Danimarkadan olan deputat Mogens Jensen əsas “səbəblər” arasında “siyasi məhbusların olması, vəhşicəsinə evdən çıxarılmasını” qeyd edib. Dağlıq Qarabağ sakinlərinin vəziyyəti, AŞPA məruzəçiləri ilə əməkdaşlıqdan imtina halları, həmçinin fevralın 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri üçün təşkilatın müşahidəçilərinə dəvətin olmamasını deyib.


    Qarabağdakı vəziyyətə gəlincə, Jensen ötən il AŞPA-nın iki qətnamə qəbul etməsindən, lakin Bakının Qarabağdakı vəziyyəti izləyən qurumla hər hansı əməkdaşlıqdan imtina etməsindən narazılığını bildirib.

    Bu gün səhər saatlarında AŞPA Azərbaycanla bağlı qərar qəbul etməzdən əvvəl Azərbaycan nümayəndə heyəti etiraz əlaməti olaraq Strasburqdakı iclas zalını tərk edərək, AŞPA ilə qarşılıqlı fəaliyyətin dayandırıldığını elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR