AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan hökuməti parlamentə avropalı müşahidəçilərin statusu ilə bağlı saziş göndərib

  • + A
  • - A
  • 25-01-2024, 13:24

    Ermənistan hökuməti parlamentə avropalı müşahidəçilərin statusu ilə bağlı saziş göndərib

    Ermənistan hökuməti Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində monitorinq missiyasının statusu haqqında sazişə müsbət rəy verib və onu ratifikasiya üçün parlamentə göndərib. Bu barədə qərar Nazirlər Kabinetinin cümə axşamı keçirilən iclasında qəbul edilib.

    Saziş 2023-cü il noyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos tərəfindən imzalanıb.

    Sənəddə müşahidəçilər missiyasının bütün texniki məsələləri, o cümlədən onların yerləşdirilməsi və tibbi təminatı ilə bağlı məsələlər öz əksini tapıb. Missiya üzvləri üçün bu məsələlər xarici diplomatlar üçün olduğu kimi həll olunacaq.

    Xatırladaq ki, 2023-cü il fevralın 20-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün Aİ-nin 100 nəfərdən ibarət mülki missiyası iki illik mandatla Ermənistanda yerləşdirilmişdi. Üçüncü ölkələr arasında Kanada da missiyaya qoşulub, digər ölkələr də maraq göstərib.

    2023-cü ilin sentyabrında missiyanın qərargahı Yeqqnadzorda yerləşirdi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR