Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Azərbaycanın Qarabağ bölgəsində minalanmış sahələr haqqında məlumatı əks etdirən 8 yeni blankın müəyyən edildiyini və yaxın günlərdə işçi kanallarla Azərbaycan tərəfinə veriləcəyini” bildirib. Yerevan nüsxələri beynəlxalq tərəfdaşlara təhvil verəcək. Bu barədə Ermənistan KİV-i xəbər verir.
Bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyan minalanmış sahələrə dair məlumatların ötürülməsi imkanlarından danışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.