AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücuma cavab verəcəyini vəd edib

  • + A
  • - A
  • 29-01-2024, 02:47

    Bayden ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücuma cavab verəcəyini vəd edib

    ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton İordaniya və Suriya sərhədindəki ABŞ hərbi bazasına endirilən zərbəyə cavab verəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Associated Press xəbər agentliyi məlumat yayıb.

    Cənubi Karolinada seçki kampaniyasında iştirak edən Bayden bir dəqiqəlik sükut elan edib. O bildirib ki, dünən çətin gün olub: Yaxın Şərqdə Amerika ordusu hərbi bazaya hücum zamanı itki verib. Prezident ABŞ-ın bu hücuma cavab verəcəyini vurğulayıb.

    Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ amerikalı hərbçilərə hücumlarla əlaqədar öz qoşunlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.

    Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. 30-dan çox əsgər yaralanıb, onlardan üçü həyati təhlükəsi olmayan xəsarətlər alıb.

    ABŞ prezidenti Co Bayden hücumun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR