AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvanın təxribatı: Paşinyan hərbi əlaqələrin şaxələndirilməsini elan etdi

  • + A
  • - A
  • 29-01-2024, 03:09

    İrəvanın təxribatı: Paşinyan hərbi əlaqələrin şaxələndirilməsini elan etdi


    Nikol Paşinyan İrəvanın təhlükəsizlik əlaqələrini şaxələndirmək niyyətini təsdiqləyib. Ermənistan baş nazirinin sözlərinə görə, bu yolun alternativi yoxdur.

    Azadmedia.az xəbər verir ki, bu barədə Nikol Paşinyan Ermənistan Ordusu Günündə çıxışı zamanı bildirib.
    Paşinyan Ermənistanın artıq bu istiqamətdə iş apardığına diqqət çəkib.

    Hökumət başçısı izah edib ki, ölkədə müasir silahların və yeni hərbi texnikanın alınması prosesi gedir. Onun sözlərinə görə, son bir neçə ildə Ermənistan ordusunun ümumilikdə bir neçə milyard dollar dəyərində silah və sursat alacağı müqavilələri bağlanıb.

    Xatırladaq ki, Paşinyan oktyabrda Qərb mediasına müsahibəsində İrəvanın təhlükəsizlik sektorunda əlaqələri şaxələndirmək qərarını artıq bəyan etmişdi. Eyni zamanda Ermənistan lideri bildirib ki, Ermənistanda Rusiya hərbi bazasının olması ona heç bir üstünlük vermir. Eyni zamanda, baş nazir vurğulayıb ki, Ermənistan tərəfi onun geri çəkilməsi ilə bağlı məsələ qaldırmaq niyyətində deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR