AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev ABŞ və İran arasında silahlı münaqişə ehtimalını qiymətləndirib

  • + A
  • - A
  • 29-01-2024, 23:52

    Ağ Ev ABŞ və İran arasında silahlı münaqişə ehtimalını qiymətləndirib


    Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Tehranla müharibə və ya silahlı münaqişəyə can atmır. Bu barədə TASS məlumat yayıb.

    Onun sözlərinə görə, Amerika tərəfi İran rejimi ilə silahlı münaqişə axtarmır.

    Beləliklə, Kirbi ABŞ-ın İrana zərbə endirmək imkanını nəzərdən keçirib-düşünmədiyi sualına cavab verib.

    Bundan əvvəl Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ-ın Suriya və İordaniya sərhədindəki bazasına hücumdan sonra İran ərazisinə “qeyri-mütənasib zərbələr endirməyə” çağırıb.

    Azadmedia.az xatırladır ki, yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. 20-dən çox əsgər yaralanıb. CNN-in məlumatına görə, Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, Vaşinqton regionda vəziyyətin gərginləşməsi səbəbindən şəxsi heyət arasında itki verir.

    ABŞ prezidenti Co Bayden Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarə ilə hücumla bağlı məlumatlara cavab verib. Onun hücumda İranın roluna toxunan bəyanatı Ağ Ev tərəfindən yayımlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR