İrandan kosmosa peyklərin buraxılması üçün yeni raketin hazırlanması tamamlanır. Bu barədə TASS İran Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi nümayəndəsi Seyid Əhməd Hüseyniyə istinadən məlumat yayıb.
Yeni reaktiv daşıyıcının adı Sarirdir. Bir ton yarım çəkisi olan bu raket 36 min kilometr yüksəklikdə orbitə altı və ya yeddi peyk çıxarmaq iqtidarında olacaq - bu, geostasionar orbitin məsafəsidir.
Sarir raketi faydalı yükü geostasionar orbitə çatdıra bilən ilk İran raketi olacaq. Raket daşıyıcısının hazırlanmasına 2023-cü ildə başlanılıb.
Bundan əvvəl, bazar günü, yanvarın 28-də İran Simurq (Feniks) daşıyıcı raketindən istifadə edərək eyni vaxtda üç peyki buraxıb.
Yanvarın 20-də İranın Kosmik Agentliyinin Soraya peykini orbitə çıxarması xəbəri yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.