AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan parlamenti gələn həftə yeni baş nazir və hökuməti təsdiq edəcək

  • + A
  • - A
  • 31-01-2024, 10:58

    Gürcüstan parlamenti gələn həftə yeni baş nazir və hökuməti təsdiq edəcək

    Gürcüstan parlamenti gələn həftə yeni baş nazir və hökuməti təsdiq edəcək. Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
    Onun sözlərinə görə, hökumətdə dəyişikliklər hakim “Gürcü arzusu” partiyasının oktyabrda keçiriləcək parlament seçkilərinə həmişəkindən daha güclü daxil olmasını təmin etmək məqsədi daşıyır.

    “Gürcüstan parlament respublikasına çevrildikdən sonra ilk dəfə olaraq baş nazir postuna namizəd parlament tərəfindən irəli sürüləcək ki, bu da Avropa demokratiyaları üçün xarakterikdir”, - Papuaşvili bildirib.

    Yanvarın 29-da baş nazir İrakli Qaribaşvili seçkiqabağı dövrdə hakim “Gürcü arzusu” partiyasına rəhbərlik etmək təklifi ilə əlaqədar istefa verdiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR