AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Milan”ın keçmiş futbolçusu Gürcüstanın baş naziri postu uğrunda mübarizə apara bilər

  • + A
  • - A
  • 31-01-2024, 23:58

    “Milan”ın keçmiş futbolçusu Gürcüstanın baş naziri postu uğrunda mübarizə apara bilər


    Tbilisi meri Kaxa Kaladze Gürcüstanın baş naziri postuna namizədliyini istisna etməyib. Bununla belə, o, bunu 2025-ci ildən tez həyata keçirəcəyini qeyd edib. Bildirib ki, tamamlanmalı olan çoxlu layihələr var.
    İtaliyanın “Milan” klubunun keçmiş futbolçusu, hazırda isə hakim “Gürcü arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze ölkənin baş naziri postu uğrunda mübarizə apara biləcəyini bildirib.

    Eyni zamanda, o, bunu 2025-ci ildən tez olmayan, mer kimi səlahiyyət müddəti başa çatdıqdan sonra etməyə çalışacağını qeyd edib.

    "Heç nə istisna edilmir. Hər şey qabaqdadır. Ancaq bildiyiniz kimi, 2025-ci ilə qədər mənim mer səlahiyyətlərim var və bu şəhərdə yaşayan insanlara xidmət etmək böyük məsuliyyətdir".

    - deyən Tbilisi meri bildirib ki, bu gün şəhərdə başa çatdırılmalı olan çoxlu davam edən layihələr var. Onun sözlərinə görə, şəhər rəhbərliyinin gələcək üçün kifayət qədər iddialı planları var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR