ABŞ Dövlət Departamenti MQ-9B Sky Guardian Aircraft pilotsuz uçan aparatlarının (UV) və digər sistemlərinin Hindistana mümkün satışına 3,99 milyard dollara icazə verib.TASS hərbçilərin tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyinə istinadən xəbər verir.
Nəşr bildirir ki, ABŞ Dövlət Departamenti Hindistan hökumətinə MQ-9B pilotsuz təyyarələri və müvafiq avadanlıqların potensial satışını təxminən 3,99 milyard dollara təsdiqləyib.
Sənəddən belə çıxır ki, Hindistan hakimiyyəti əvvəllər ABŞ-dan 31 ədəd MQ-9B Sky Guardian Aircraft pilotsuz uçan aparatları, raketlər, ehtiyat hissələri və digər müxtəlif sistemlər almaq üçün icazə istəyib.
Bundan əvvəl Reuters yazıb ki, Hindistan Rusiya silahlarından imtina edib Qərb silahlarına yönləndirmək istəyir.
Nəşrə cavab olaraq Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bu məlumatın etibarlılığına şübhə ilə yanaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.