ABŞ-ın keçmiş prezidenti Donald Tramp və ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot belə qənaətə gəliblər ki, Nyu-Yorkda qeyri-qanuni miqrantlarla bağlı vəziyyət bərbad hala düşüb. Onlar fikirlərini Fox News-a müsahibəsində bildiriblər.
Tramp və Abbot razılaşıblar ki, qeyri-leqal miqrantların çoxluğu səbəbindən Nyu-Yorkda cinayətlər kortəbii şəkildə artır.
Texas qubernatorunun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin qaçqınlara nəzarətlə bağlı siyasətindən təkcə Nyu-Yorklular deyil, bütün ölkədəki amerikalılar da razı deyil.
Yanvar ayında Nyu-York hakimiyyəti miqrantların şəhərdə qalmasını tənzimləmək üçün tədbirlər görüb. Belə ki, dilənçiliklə bağlı şikayətlərə görə miqrantlar üçün saat 23:00-dan 6:00-a kimi komendant saatı tətbiq edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.