Həkimlər Böyük Britaniyanın hazırkı kralı III Çarlzda xərçəng diaqnozu qoyublar. Bu barədə Bukingem sarayının mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Qeyd olunur ki, xəstəlik səbəbindən monarx ictimai vəzifələrini təxirə salacaq. Bukingem Sarayının nümayəndələri bunun müvəqqəti tədbir olduğunu vurğulayıblar. Bununla belə, kral rəsmi sənədləri nəzərdən keçirməyə və dövlət işlərini aparmağa davam edəcək.
“Kralın son proseduru zamanı prostatın xoşxassəli genişlənməsi ilə bağlı ayrıca narahatlıq doğuran bir məsələ qeyd edildi. Sonrakı diaqnostik müayinələr nəticəsində xərçəngin bir forması aşkar edilib”, - deyə məlumatda bildirilir.
Bukingem sarayının mətbuat xidməti əlavə edib ki, III Çarlz artıq müntəzəm müalicəyə başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.