İranda bir ildən çox əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı törədən terrorçuya hökm oxunub. Onun ölüm cəzasına məhkum edildiyi bildirilir.
İslam Respublikasının paytaxtında Azərbaycan diplomatik missiyasına hücumu həyata keçirən Yasin Hüseynzadə barəsində ölüm hökmü çıxarılıb.
Bu barədə KİV məlumat verir.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin məhkəməsi faciənin ildönümündə - bu il yanvarın 27-də baş tutub.
İran Ali Məhkəməsinin terrorçunun ölüm cəzası barədə qərar verməsi faktı oktyabrda məlum olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.