AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan elektromobillər üçün xidmətlər şəbəkəsi yaradacaq

  • + A
  • - A
  • 7-02-2024, 15:54

    Özbəkistan elektromobillər üçün xidmətlər şəbəkəsi yaradacaq

    Özbəkistanın hakimiyyət orqanları ölkədə artan elektrik avtomobil parkı üçün enerji doldurma stansiyaları şəbəkəsi yaratmaq qərarına gəliblər ki, bu da zamanın tələbi ilə bağlıdır: idxalın üçdə birindən çoxu məhz belə avtomobillərdir.
    Özbəkistanda elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsi yaradılacaq - bu qərarı elektrik avtomobillərin istehsalının genişləndirilməsi ilə bağlı təqdimatla tanış olan Şavkat Mirziyoyev qəbul edib, prezidentin mətbuat xidməti xəbər verir.

    “Bu istiqamətdə işlərə tələbat onu göstərir ki, son üç ildə Özbəkistanda elektromobillərin satışı 10 dəfə artıb, 2023-cü ildə avtomobil idxalının 35%-ni elektrik və hibrid avtomobillər təşkil edib” - Özbəkistan Prezidentinin mətbuat xidməti bildirib.

    Ölkə Prezidenti bu sahədə rəqabətədavamlı olmaq üçün sənayedə əvvəllər müəyyən edilmiş planların genişləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi layihələrinin icrasının sürətləndirilməsi, habelə müvafiq mütəxəssislərin hazırlanmasına başlanılması barədə məsul şəxslərə tapşırıqlar verib.

    Xatırladaq ki, 2023-cü ilin dekabrında keçirilən iclasda Mirziyoyev elektriklə işləyən avtomobillərə tələbatın artdığını vurğulamış və bu sahənin inkişafı, mühəndislik mərkəzləri, elmi institutlar və laboratoriyaların daxil olduğu inteqrasiya olunmuş sistemin yaradılması ilə bağlı göstərişlər vermişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR