AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YENİ TARİXİ MƏRHƏLƏNİN BAŞLANĞICI

  • + A
  • - A
  • 8-02-2024, 10:00

    YENİ TARİXİ MƏRHƏLƏNİN BAŞLANĞICI

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Fevralın 7-də ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Bu seçkinin əhəmiyyətini artıran məsələlərdən biri də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində seçkilərin keçirilməsi idi.
    Bu seçkilərə qədər kimin ağlına gələ bilərdi ki, Xankəndi, Xocalı və Xocavənd azad olunacaq, orada Azərbaycan bayrağı dalğalanacaq, seçkilər keçiriləcək və Azərbaycan Prezidenti öz səsini Xankəndidə verəcək.
    Həqiqətən də hər birimiz çox böyük tarixi, şərəfli və qürurlu günlərin şahidiyik. Heç şübhəsiz ki, bu qələbədə xalqımızın birliyi, qəhrəman Vətən övladlarının şücaəti böyük rol oynadı. Ancaq ən böyük rolu Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı.
    90-cı illərin əvvəllərində də Azərbaycan xalqı torpaqların işğalının qarşısını almaq üçün ciddi mübarizə apardı. Ancaq həmin dövrdə ölkəyə rəhbərlik edə biləcək, ordunu irəli apara biləcək güclü lider yox idi.
    Əvvəllər də dəfələrlə dediyim kimi, həmin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsə bəlkə də bu gün Azərbaycan yox idi, Xalqımız müstəqilliyini növbəti dəfə də itirmişdi.
    Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan vətəndaş müharibəsindən, parçalanmaqdan, növbəti dəfə müstəqilliyini itirməkdən xilas oldu və yeni mərhələyə qədəm qoydu. Bu gün ki, uğurlarımızın təməlində məhz həmin siyasət durur.
    Prezident İlham Əliyevin prezidentlik dövrünə gəldikdə isə heç şübhəsiz ki, bu dövrdə də Azərbaycan böyük inkişaf yolu keçdi. İnanmıram ki, Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycan xalqına bu tarixi zəfəri yaşada bilərdi.
    Son prezident seçkiləri ilə Azərbaycan olduqca mühüm mərhələyə daxil olub. Reallıq ondan ibarətdir ki, Ermənistan işğalla barışmayıb və yenidən müharibəyə hazırlaşır. Bu mərhələnin nə qədər həssas olduğunu göstərən məqamlardan biri də budur.
    Bu gün dünyamız barıt çəlləyinə bənzəyir. Dünyanın əksər ölkələrində qarşıdurma və müharibələr davam edir. Bu il olduqca çətin il olacaq. Bəzi dövlətlər ərazilərini və müstəqilliyini itirəcək.
    Bizə gəldikdə isə, görünən odur ki, qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Qarşıda çox ciddi hədəf və məqsədlər durur. Hazırkı həssas mərhələdə hər birimizin üzərinə çox mühüm vəzifələr düşür. Hamımız bu məsuliyyəti dərk etməli, güclü, müstəqil Azərbaycan naminə üzərimizə düşən məsuliyyəti ləyaqətlə yerinə yetirməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR