AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İKİ SEÇKİ - BİR MƏDƏNİYYƏT!

  • + A
  • - A
  • 8-02-2024, 10:03

    İKİ SEÇKİ - BİR MƏDƏNİYYƏT!

    Etibar Əliyev,
    Millət vəkili


    Qardaş Türkiyədə keçirilən Prezident seçkisindən sonra ölkəmizdə keçirilən Prezident seçkisi oxşar seçki mədəniyyətinin təcəssümüdür. Seçkilərin yüksək səviyyədə təşkil olunması, iki qardaş Xalqın öz liderlərinə münasibəti bütün dünya üçün örnək oldu. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dünyanın çox mürəkkəb bir dönəmində Xalqlarını təhdidlərdən qorumaq üçün bütün güclərini ortaya qoydular. Seçkilərdə iki qardaş Xalqın iradəsinin qətiyyəti iki böyük şəxsiyyətin fəaliyyətinə verilən yüksək qiymətdir. Bu qətiyyət hələ uzun illər davam edəcək. Ölkəmizdə keçirilən Prezident seçkiləri barədə hər bir seçici öz təəssüratlarını bölüşür. İnsanların sevinc hissi, emosiyası heç zaman yaddaşlardan silinməyəcək. Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Xankəndində səs verməsi seçkiyə xüsusi məzmun verdi.
    Çox hörmətli İlham Əliyevin "Biz birlikdə güclüyük!" paradiqması döyüş meydanında, arxa cəbhədə, keçirilən seçkidə öz identikliyini göstərdi. Biz təhsil, iqtisadiyyat, elm, mədəniyyət, səhiyyə sahələrində daha böyük inkişafa nail olacağıq. Xalq olaraq ağır imtahanlardan şərəflə çıxdığımızdan qazanılan hər bir uğur Zəfərimizin və Seçimimizin fəlsəfəsini zənginləşdirəcək.
    Biz yaşadığımız əsrin qalib xalqı olmaqla yanaşı, həm də əsrimizin sivil xalqıyıq.
    Prezident seçkiləri bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməz və iradəli xalqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR