AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyandan Putinin İrəvanda həbs olunma ehtimalına CAVAB

  • + A
  • - A
  • 12-02-2024, 02:24

    Paşinyandan Putinin İrəvanda həbs olunma ehtimalına CAVAB

    Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi ilə bağlı bəzi şəxsləri, o cümlədən Rusiya prezidenti Vladimir Putini həbs etmək səlahiyyəti yoxdur. Azadmedia.az xəbər verir ki, Ermənistanın baş nazirinin sözlərini “The Telegraph" yazıb.

    “2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs ediləcəyinə, kimin həbs olunmayacağına qərar verən baş nazir deyil”, - Paşinyan bildirib.

    Fevralın 1-də Paşinyan bildirib ki, Rusiya Federasiyasının respublikanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməməsinin bir sıra səbəbləri var.

    Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistan və Fransanın Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlarına çevrildiyini bildirib.

    Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) yanaşmasının Rusiyanın maraqlarına uyğun olduğunu deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR