Rusiya və Azərbaycan Qarabağda Rusiya sülhməramlı kontingenti ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, - deyə o, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.
Evdokimov qeyd edib ki, Bakı regionun bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib. “Hazırda antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni strukturları mühafizə edir”, - diplomat bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.