AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Azərbaycana 8 mina sahəsi xəritəsi verib

  • + A
  • - A
  • 12-02-2024, 14:02

    Ermənistan Azərbaycana  8 mina sahəsi xəritəsi verib

    Ermənistan Azərbaycana işğaldan azad edilmiş ərazilərdə 8 formada mina sahəsi xəritəsi verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlikdən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, təqdim olunan sənədlər əsasən Kəlbəcər rayonunun Murovdağ silsiləsi boyu minalanmış sahələrin qeydlərindən ibarətdir.

    Normativ texniki qaydalara uyğun olaraq, mina sahəsi formalarında istinad nöqtələri, növləri, miqdarı, quraşdırılmış minalar arasındakı məsafələr, quraşdırma və gizlədilmə üsulları haqqında məlumatlar göstərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR