Azadmedia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermənin nəticələrinə əsasən, daxili təhlükəsizlik naziri Alejandro Mayorkasın impiçmenti haqqında qətnaməni səs çoxluğu ilə qəbul edib.
Səslərin hesablanmasından sonra Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, “lehinə 214 və əleyhinə - 213. Qətnamə qəbul edilib”.
Fevralın əvvəlində Conson konqresmenlərin buna dair qətnaməni rədd etməsindən sonra yenidən səsvermə keçirəcəyini və Mayorkasa impiçment elan edəcəyini vəd etmişdi.
Sonra 214 konqresmen impiçmenti dəstəklədi, 216-sı əleyhinə çıxdı, lakin respublikaçılardan biri səhhətinə görə səsvermədə iştirak etmədi, digəri isə onu dəyişdirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.