Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri fevralın 14-də Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi ilə bağlı razılığa gəlməyi planlaşdırırdılar, lakin Macarıstan nümayəndəsi sənədin qəbuluna mane olub. Bu barədə “Gazeta.ru” Britaniyanın “Financial Times” qəzetinə istinadən yazır.
Materialda qeyd olunur ki, Budapeşt yeni məhdudiyyətlərin tətbiqinin əleyhinə səs verən yeganə ölkə olub. Söhbət 200-ə yaxın şəxs və şirkətləri hədəf alan sanksiyalar paketindən gedir. Eyni zamanda, sənəd razılaşdırılarkən təkcə Rusiya təşkilatları deyil, xarici təşkilatlar da məhdudiyyətlərə məruz qala bilərdi.
“Avropa İttifaqı səfirlərinin dünənki görüşündə əleyhinə səs verən yeganə ölkə Macarıstan idi, əks halda sanksiyalar paketi təsdiqlənərdi”, - nəşr yazır.
Adı açıqlanmayan rəsminin sözlərinə görə, Budapeşt 3 Çin və bir Hindistan şirkətinin daxil olması səbəbindən 13-cü anti-Rusiya sanksiyalar paketinə qarşı çıxıb. Nəşrin digər mənbəsi bildirib ki, Macarıstan səfiri ölkəsinə bu təşəbbüsü nəzərdən keçirmək üçün daha çox vaxt istəyib.
Hazırda sənəd müzakirə olunur
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.