Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminə alternativ görmür. Bunu “İzvestiya”ya müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın gələcəyini bu regionun ümumi ev olduğu ölkələr müəyyən etməlidir, halbuki nə ABŞ, nə Fransa, nə də Avropa İttifaqı dövlətləri belə ölkələr deyil.
“Biz ondan çıxış edirik ki, KTMT-də qalmaq ilk növbədə Ermənistan xalqının və Ermənistan dövlətinin maraqlarına cavab verir. Obyektiv olaraq, fikrimizcə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin görünən alternativi yoxdur. Zaqafqaziyada Qərbin maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa, davamlı sülh və sabitliyə nail olmaqda kömək etməklə deyil, Rusiyanı bu prosesdən sıxışdırıb orada daha bir gərginlik mənbəyi yaratmaqla bağlıdır”, - deyə Mixail Qaluzin bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.