Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada gürcü həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Bu barədə türkiyəli nazir danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz yaxın gələcəkdə regionda sabitliyi bərpa etmək və konstruktiv mühiti təmin etmək istəyimizi və mövqeyimizi ifadə etmişik”, - o qeyd edib.
Tərəflər həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi məsələsinə, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialına toxunublar. Bu kontekstdə Bakı-Tbilisi-Qars avtomobil yolunun, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazirlər qeyd ediblər ki, bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.