AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Avtomobil yolları haqqında” Qanuna dəyişiklik qüvvəyə mindi

  • + A
  • - A
  • 16-02-2024, 18:20

    “Avtomobil yolları haqqında”  Qanuna dəyişiklik qüvvəyə mindi

    Xəbər verdiyimiz kimi fevralın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verdi. O, bildirdi ki, layihə ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb. Layihədə, həmçinin ödənişli yollarda tariflərin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanının razılığına dair məsələ öz əksini tapıb.
    Komitə sədri layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən qaldırılan bəzi məsələlərlə bağlı müvafiq arayışların təqdim edildiyini də söylədi.
    Deputatlar dəyişikliklərin vacibliyini bildiriblər, bəzi məqamlarla bağlı qeydlərini səsləndiriblər.
    Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR