Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin plenar iclası keçiriıdi.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, təqdim olunan dəyişikliklər Nizamnamənin 92-ci və 93-cü maddəsində müəyyən edilmiş ifadə formasının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərindən irəli gələrək normayaratma texnikası baxımından uyğunlaşdırma məqsədilə hazırlanıb.
Sənəddə təklif edilən dəyişikliklər karantin qoyulan xəstəliklər meydana çıxdıqda bununla bağlı məlumatlandırılan orqanın (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin) Nizamnamədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kimi ifadə edilməsini nəzərdə tutur. Dəyişikliklər qəbul edildikdən sonra Nizamnamədə nəzərdə tutulmuş tədbirləri həyata keçirən orqanın (qurumun) hansı orqan (qurum) olmasının müəyyənləşdirilməsi səlahiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
Deputat Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.