Xəbər verdiyimiz kimi fevralın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, təklif olunan dəyişiklik toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması ilə bağlıdır. Komitə sədri birinci oxunuş zamanı məsələyə dair əlavə heç bir təklifin daxil olmadığını qeyd edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.