AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

London Navalnının ölümü ilə bağlı fərdi sanksiyaları nəzərdən keçirəcək

  • + A
  • - A
  • 18-02-2024, 11:31

    London Navalnının ölümü ilə bağlı fərdi sanksiyaları nəzərdən keçirəcək

    Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Sky News telekanalında bildirib ki, London Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyalar tətbiq etməyi nəzərdən keçirəcək.
    Diplomatın sözlərinə görə, Britaniya hakimiyyət orqanları sanksiyaları əvvəlcədən elan etmir, ona görə də o, məsələ ilə bağlı əlavə məlumat verə bilməyib.

    Bundan əvvəl Navalnının ölümü ilə əlaqədar cümə günü Britaniya Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Londondakı səfirliyinin nazir müşaviri Britaniya tərəfinin nümayəndələrinə Rusiya Federasiyasının daxili işlərinə müdaxilənin yolverilməzliyi barədə danışıb.

    2021-ci ildən bəri Navalnı həbsdədir, çünki məhkəmə onun işi üzrə 3,5 illik şərti cəzasını real cəza ilə əvəz edib. 2022-ci ilin martında o, dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.

    Fevralın 16-da Xarp kəndindəki IK-3 “Qütb canavarında” məhkum Navalnı gəzintidən qayıtdıqdan sonra özünü pis hiss edib və huşunu itirib. Yarım saat ərzində reanimasiya tədbirləri aparılsa da, nəticəsiz qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR