AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran ABŞ-ın Yaxın Şərqdə birbaşa qarşıdurmasından qorxur

  • + A
  • - A
  • 18-02-2024, 12:31

    İran ABŞ-ın Yaxın Şərqdə birbaşa qarşıdurmasından qorxur

    İran fraksiyaları bölgədəki ABŞ hərbi qüvvələrinə qarşı təmkinli olmağa çağırıb. Tehran Yaxın Şərqdə Vaşinqtonla birbaşa qarşıdurmadan qorxur.

    Washington Post öz mənbələrinə istinadən yazıb ki, Tehran Yaxın Şərqdə ABŞ-la birbaşa qarşıdurmadan ehtiyat edir. İran bölgədəki qruplaşmaları təmkinli olmağa çağırıb.

    Bundan əvvəl Tehran açıq şəkildə xəbərdarlıq etmişdi ki, İran ordusu istənilən təhdidlərə cavab verməyə hazırdır. Bu, ABŞ-ın Suriya, İraq və Yəməndəki iranpərəst qruplara qarşı cavab zərbələrindən sonra baş verib.
    Qəzet yazır ki, İordaniyadakı Amerika bazasına 3 əsgərin ölümü ilə nəticələnən və üzərinə Kətaib Hizbullah qruplaşması tərəfindən edilən hücumdan bir neçə gün sonra Bağdaddakı iranlı hərbi komandir hərəkat liderlərindən ABŞ hərbi obyektlərinə hücumları dayandırmağı tələb edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR