Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində hindistanlı həmkarı Subramanyam Caişankarla görüşüb və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Bu barədə TASS məlumat yayıb.
“Həmsöhbətlər ikitərəfli tərəfdaşlığın gündəliyində duran məsələləri müzakirə ediblər. Yüksək səviyyəli siyasi dialoq məmnunluqla qeyd olunub, o cümlədən müxtəlif sahələrdə əməkdaşlığın birgə dərinləşdirilməsinə hazır olduğu bildirilib.
Erməni diplomat hindistanlı həmkarına Cənubi Qafqazdakı vəziyyəti təqdim edib, həmçinin onunla Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində baş verən son hadisələri müzakirə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.