AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Azərbaycanla bağlı AŞPA sədrinə məktub göndərib

  • + A
  • - A
  • 19-02-2024, 22:47

    Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Azərbaycanla bağlı AŞPA sədrinə məktub göndərib

    Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) baş katibi Mehmet Süreya Ər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Russopulosa məktub göndərib. Bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məktubda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi ilə bağlı qətnamənin qəbul edilməsindən narahatlıq ifadə olunub.

    Bildirilir ki, TürkPA bu qətnamənin qəbul edilməsindən dərin təəssüf hissi keçirir.

    Məktubda dialoq və əməkdaşlıq prinsiplərinə uyğun olmayan bu qətnaməyə yenidən baxılacağına və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinin bərpa olunacağına əminlik ifadə edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR