Braziliya prezidenti Luiz İnasio Lula da Silva respublikanın İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması barədə göstəriş verib. Bu barədə “Folha de S.Paulo” qəzeti yazır.
Bazar günü, fevralın 18-də Braziliya prezidenti İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.
İsrailin baş naziri Benyamin Netanyahu Luiz İnasio Lula da Silvanın bəyanatına münasibət bildirib. O, Braziliya liderinin sözlərini “utanc verici və ciddi” hesab edib. Netanyahu həmçinin Braziliyanın İsraildəki səfirini “ciddi tanışlıq” üçün dərhal dəvət etmək qərarını açıqladı.
Bundan əvvəl Lula da Silva demişdi ki, Qəzzada belə bir şey “əvvəllər heç vaxt olmayıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.